
Qərarlarınızırəqəmlərlə dəstəkləyin
Müştəri münasibətlərinin idarəolunması sistemləri və data analitikası ilə satışlarınızı və müştəri məmnuniyyətinizi gücləndiririk.
Sifariş verinİki sistem, bir məqsəd:daha ağıllı böyümə
Ən dəyərli marketinq aktivi artıq sizdə var — müştəri məlumatlarınız.
CRM müştəri məlumatlarını toplamaq, əlaqələri izləmək və satış proseslərini optimallaşdırmaq üçün istifadə olunur. Data analitika isə toplanmış məlumatların təhlili ilə bazar trendlərini və müştəri davranışlarını anlamağa kömək edir.
Səpələnmiş data
Excel, mesajlar və qeydlər arasında itən müştərilər və satış imkanları.
Vahid baza
Müştəri bazasını, satış mərhələlərini və hesabatları bir sistemdə qururuq.
Görünən satış
Kimin, nə vaxt və niyə aldığını göstərən, qərar verməyə kömək edən panel.
Nələrisizin üçün edirik
- 01Müştəri məlumat bazasının qurulması
- 02Satış proseslərinin avtomatlaşdırılması
- 03Müştəri seqmentasiyası
- 04Performans hesabatlarının hazırlanması
- 05Bazar trend analitikası
- 06Qərar dəstək sistemləri
Fikirdən nəticəyədörd addım
Kəşfiyyat və analiz
Biznesinizi, auditoriyanızı və rəqibləri dinləyir, öyrənir və real vəziyyəti aydınlaşdırırıq.
Strategiya
Məqsədləri, mesajı, kanalları və büdcəni əhatə edən aydın plan hazırlayırıq.
Kreativ icra
Dizayn, kontent, çəkiliş və kampaniyaları vahid ideya ətrafında həyata keçiririk.
Ölçmə və optimallaşdırma
Nəticələri izləyir, hesabat verir və strategiyanı datalara əsasən təkmilləşdiririk.
Tez-tezsoruşulanlar
Hansı CRM sistemləri ilə işləyirsiniz?
Biznesinizin ölçüsünə və ehtiyacına uyğun sistemi birlikdə seçirik. Mövcud sisteminiz varsa, onu optimallaşdırmaqla başlayırıq.
Komandamızı da öyrədirsiniz?
Bəli. Sistemin qurulmasından sonra komandanız üçün təlim və istifadə təlimatı hazırlayırıq.
Datalarınızı dəyərliqərarlara çevirək
Layihənizi bizimlə bölüşün — 24 saat ərzində sizinlə əlaqə saxlayaq.




